Kamran Quliyev oynadı, komandası uduzdu

17:24 - 28 İyul 2019

Litva I liqasında 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Kamran Quliyevin formasını geyindiyi “Yonava” evdə “Kupişkis”ə 2:3 hesabı ilə uduzub.

 

Kamran 46-cı dəqiqədə meydana daxil olub. Cari mövsüm 6 qol vuran futbolçu bu matçda fərqlənə bilməyib.

 

“Yonava” 30 xalla çempionatın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti