Xedira "Arsenal"la müqavilə imzalamaq üçün Londonda

18:23 - 28 İyul 2019

"Yuventus"un yarımmüdafiəçisi Sami Xedira "Arsenal"a transfer olmağa yaxındır.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Almaniya millisinin üzvü "topçular"ın "Emreyts" stadionunda "Lion"la keçirdiyi yoxlama görüşünü tribunadan izləyib.

 

Adrien Rabyö və Aaron Remzinin transferlərindən sonra "Yuventus"dan ayrılmağa qərar verən futbolçunun London klubu ilə anlaşmağa yaxın olduğu bildirilir.

 

"Ştutqart" akademiyasının yetirməsi 2010-cu ildə Madrid "Real"ına, 2015-ci ildə isə "Yuventus"a transfer olmuşdu. 32 yaşlı yarımmüdafiəçi ötən mövsüm Turin klubunda 17 oyuna 2 qol vurub.

 

The Juventus star has less than two years left on his contract and has been linked with a move

Xəbər xətti