Emil Balayevin səhvi bağışlanmadı - VİDEO

22:22 - 28 İyul 2019

Qazaxıstan Premyer Liqasının 20-ci turuna yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Kaisar"a 0:2 hesabı ilə uduzub.

 

Emil oyuna start heyətdə başlayıb və sonadək meydanda olub. 25 yaşlı əlcək sahibi ikinci qol zamanı kobud səhvə yol verib.

 

Premyer Liqanın turnir cədvəlinə 41 xalla "Astana" başçılıq edir. "Tobol" 39 xalla 2-cidir. 34 xalı olan "Kaisar" 5-ci pillədə qərar tutub.

 

Xəbər xətti