"Roma"dan Cengiz Ünder qərarı

11:55 - 29 İyul 2019

İtaliyanın "Roma" klubu yarımmüdafiəçisi Cengiz Ünderlə müqaviləni uzatmağa qərar verib.

 

Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, paytaxt klubu 22 yaşlı futbolçu ilə 3 illik yeni müqavilə imzalamağa qərar verib. İllik maaşı 1 milyon avro olan futbolçunun məvacibində də artım olacaq.

 

"Roma" Türkiyə millisinin üzvünü 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi.

Xəbər xətti