"Lion"dan ayrılan baş məşqçi Çin klubunda

01:09 - 30 İyul 2019

Ötən mövsümün sonunda "Lion"dan ayrılan Bruno Jenezionun yeni iş yeri müəyyənləşib.

 

Sportal.az "Canal+"ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı Çinin "Beinçzin Qoan" klubunun baş məşqçisi təyin edilib. 52 yaşlı mütəxəssislə ilin sonuna qədər müqavilə imzalanıb.

 

Çin klubu almaniyalı baş məşqçisi Roqer Şmidtlə yolları ayırdığını hələ ki, rəsmən açıqlamayıb.

Xəbər xətti