Pavel Nedved Dibalanın "Yuventus"dakı gələcəyindən danışdı

"Yuventus"un vitse-prezidenti Pavel Nedved komandanın hücumçusu Paulo Dibalanın gələcəyi barədə danışıb.

 

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, sabiq çexiyalı futbolçu argentinalı futbolçuya təkliflər gəldiyini deyib:

 

"Paulo Dibalaya təkliflər və maraqlanan klublar var. Ancaq qərar vermək üçün sakit şəkildə gözləyəcəyik. Romelu Lukaku və digər futbolçularla bağlı açıqlama vermək istəmirəm. Ardıcıl 8 dəfə çempionluq yaşadıq, güclü komanda olduğumuzu düşünürük. Transfer pəncərəsi açıqkən heyətimizi gücləndirməyə çalışır".

 

Argentina millisinin üzvünün "Yuventus"la müqaviləsi 2022-ci ildə başa çatacaq. 25 yaşlı futbolçu ötən mövsüm 41 oyuna 10 qol vurub, 6 assist edib.

 

Tarix: 30 İyul [01:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio