"Dandolk"un qapıçısı: "Səfər qolunu vurmaq müdafiə olunmaqdan yaxşıdır"

11:25 - 30 İyul 2019

İrlandiyanın "Dandolk" klubunun qapıçısı Qari Rocers Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunu haqda fikirlərini bölüşüb.

 

Sportal.az "Irish Sport"a istinadən xəbər verir ki, 37 yaşlı qolkiper əsas məqsədlərinin qol vurmaq olduğunu deyib: 

 

"İlk oyun 1:1 hesabı ilə bitib, pis deyil. Hələ biz Bakıda bir qol vurmalıyıq. Səfər qolu əsas məqsədimiz olacaq. Bu da müdafiə olunmaqdan yaxşıdır. Keçmişdə bunu yaxşı bacardığımızı düşünürəm. Ümid edirəm ki, səfər qollarına davam edəcəyik. "Qarabağ"la səfər oyunu daha həyəcanlı keçəcək. Hər kəs Avropadakı oyunları sevir. İrlandiya çempionatında oynayan futbolçular üçün möhtəşəmdir. Bizim İngiltərədəki kimi stadionlarda oynamaq şansımız yoxdur. Tək özüm üçün deyil, Avropaya yolu açılan gənclər üçün sevinirəm".

 

İrlandiyalı qapıçı uzun səfərin və havanın problem olmadığını bildirib:

 

"Oyun yerli vaxtla 21:00-da start götürəcək. Bu səbəbdən elə də isti olmayacaq. Evdə iki körpəm var, gecəni rahat yatmıram. Uzaq səfərlər mənə uyğundur, çünki rahat yatıram".

 

"Qarabağ" - "Dandolk" matçı iyulun 31-i saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb - 1:1.

 

Xəbər xətti