"Dandolk" Azərbaycana gəldi: "Salam, Bakı!"

11:31 - 30 İyul 2019

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ın qonağı olacaq İrlandiyanın "Dandolk" klubu Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, komanda Azərbaycana çarter reysiylə gəlib. İrlandiya çempionu ötən gecə Bakıya çatıb.

 

Klubun "Twitter" hesabı hava limanından olan fotoları "Salam, Bakı!" başlığı ilə paylaşıb.

 

"Dandolk"un baş məşqçisi bu gün saat 19:30-da "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İrlandiya təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

İyulun 31-i “Dalğa Arena” keçiriləcək "Qarabağ" - "Dandolk" görüşünün start fiti 21:00-da səslənəcək.

 

Cütün ilk oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.

 

Image

Image

Image

Xəbər xətti