"Futbolçuların üstünə qışqırırdım ki, adi yarışa hazırlaşmırıq" - "Dandolk"un baş məşqçisi

11:51 - 30 İyul 2019

İrlandiyanın "Dandolk" klubunun baş məşqçisi Vinni Pert Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunu haqda fikirlərini bölüşüb.

 

Sportal.az "Irish Sport"a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis hava şəraitindən qoxmadıqlarını deyib:

 

"Bu, "Dandolk"la Avropadakı 26-cı oyunum olacaq. Frəqli iqlimlərdə oynamışıq və hava şəraitlərinə öyrəşmişik. Bir ay əvvəl İspaniyada təlim-məşq toplanışı keçəndə, belə gecələr üçün hazırlaşırdıq. Orada Brayan Qertlend mənə Patrik Hobanın 25-26 dərəcədə necə qaçdığını göstərmişdi. Məşqdə futbolçuların üstünə qışqırırdım ki, adi yarışa hazırlaşmırıq, bu, Avropa yoludur!"

 

"Qarabağ" - "Dandolk" matçı iyulun 31-i saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb - 1:1.

 

Xəbər xətti