Ramil yeni hücumçuyla bağlı: "Komandada rəqabət olmalıdır"

14:05 - 30 İyul 2019

Rusiyanın "Dinamo" klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Ramil Şeydayev iz.ru-ya açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı forvard Moskva klubunun "Marsel"in hücumçusu Klinton Njeni transfer etməsiylə də bağlı danışıb:

 

“Rusiya Premyer Liqasında ilk qələbəmizi qazandığımız üçün çox şadıq. Hər kəs buna çox sevinir. İndi yenidən çox çalışıb, növbəti oyuna hazırlaşmalıyıq. Klubun yeni hücumçu axtarması normal haldır. Komandada rəqabət olmalıdır”.

 

Ramil "Dinamo"da 3 oyuna 1 assist edib.

Xəbər xətti