"Qarabağ" - "Dandolk": biletlər satıldı

12:17 - 31 İyul 2019

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İrlandiyanın “Dandolk” klubunu qəbul edəcək.

 

Sportal.az  xəbər verir ki, satışa çıxarılan 2 və 5 manatlıq biletlər dünən satılıb. Satışda yalnız VIP (50 manat) biletlər qalıb.

 

Bu gün “Dalğa Arena” keçiriləcək matçın start fiti 21:00-da səslənəcək. 

 

Cütün ilk oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xəbər xətti