"Rusenborq" BATE-ni ÇL-dən kənarlaşdırdı - VİDEO

11:05 - 1 Avqust 2019

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Rusenborq" ilk oyunda 1:2 hesabı ilə uduzduğu Belarusun BATE klubunu qəbul edib. 2:0 hesablı qələbə qazanan meydan sahibləri  III mərhələyə yüksəlib.

 

Norveç klubu növbəti raundda Sloveniya çempionu "Maribor"la qarşılaşacaq.

 

"Rusneborq" - BATE - 2:0

Qollar: Paal Andre Helland, 73 (pen.), Aleksander Söderlund, 85

İlk oyun: 1:2

 

Xəbər xətti