"Sabah" Qətər klubunu məğlub etdi

20:20 - 1 Avqust 2019

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Qətərin “Əl-Şahaniyə” klubu ilə qarşılaşıb. Sapanca stadionunda keçirilən oyun "Sabah"ın 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

Paytaxt təmsilçisi bundan əvvəlki yoxlama oyunlarında "Konkordiya"ya (Rumıniya) 1:2 hesabı ilə uduzub, "Kəmərspor"a (Türkiyə) qalib gəlib - 2:1.

 

1 avqust

Yoxlama oyunu

 

"Sabah" – "Əl-Şahaniyə" - 3:2

Qollar: Məqsəd İsayev, 11, 54, Cavid İmamverdiyev, 22

 

 

"Sabah": 1. Saşa Stamenkoviç, 4. Bəhlul Mustafazadə, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə, 22. Məqsəd İsayev, 27. Hendrik Eksteyn, 91. Coşqun Diniyev, 97. Emil Qasımov.

 

Xəbər xətti