"Qalatasaray" hücumçusunu 14 milyona satır

17:25 - 1 Avqust 2019

Türkiyənin "Qalatasaray" klubu hücumçusu Mbaye Dianla yolları ayırır.

 

Sportal.az "A Spor"a istinadən xəbər verir ki, Qətərin "Əl-Rayyan" klubu bu keçid üçün İstanbul klubuna 14 milyon avro təklif edib. "Sarı-qırmızılar" təklifi qəbul edib. Tərəflərin ilkin razılığa gəldiyi bildirilir.

 

"Qalatasaray" Seneqal millisinin üzvünü bu ilin əvvəlində "Kasımpaşa"dan 13 milyon avroya transfer edib.

Xəbər xətti