Türkiyə klubu anlaşdığı futbolçudan imtina etdi

12:05 - 2 Avqust 2019

İngiltərənin "Kristal Pelas" klubundan ayrılan Bakari Sako Türkiyənin "Dənizlispor" klubu ilə anlaşmışdı.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Mali yığmasının üzvündən imtina edib. 31 yaşlı vingerin tibbi müayinə testlərinin cavabından sonra bu qərar verilib. Onun sol ayağında qırığa bənzəyən plantinlər aşkarlanıb.

 

Sako "Sent-Etyen", "Vulverhempton", "Vest Bromviç" kimi klublarda da çıxış edib. Malili oyunçu Dənizli təmsilçisi ilə bir illik razılıq əldə etmişdi.

Xəbər xətti