Super Liqa klubu sabiq "Liverpul"lunu transfer edir

13:29 - 2 Avqust 2019

Azad agent statusu daşıyan almaniyalı futbolçu Samed Yeşil Türkiyənin "Sivasspor" klubu ilə müqavilə imzalaya bilər.

 

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Leverkuzen "Bayer"inin yetirməsi Super Liqa klubunda baxışda olub. Məşqçilər korpusunun rəyinə əsasən, 25 yaşlı hücumçu ilə müqavilə imzalanması barədə qərar verilib.

 

Yeşil 2012-ci ildə böyük ümidlərlə "Bayer"dən "Liverpul"a 1 milyon funt-sterlinqə transfer olmuşdu. Samed son mövsümü Almaniya III Liqa təmsilçisi "Yordinqen"də keçirib. Almaniyanın aşağı yaş komandalarında oynayan Yeşil gələcəyin ulduzu kimi qələmə verilirdi.

 

Xəbər xətti