"Çelsi" Sterlinqə irqçilik edən şəxsi ömürlük cəzalandırdı

16:16 - 2 Avqust 2019

İngiltərənin "Çelsi" klubu ötən mövsüm "Mançester Siti"ni qəbul etdiyi oyunda rəqib futbolçu Rahim Sterlinqə irqçi şüarlar səsləndirən azarkeşlə bağlı qərar verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ötən il dekabrın 8-də, "Stemford Bric"də keçirilən görüşdə irqçi şüarlar səsləndirən azarkeşlərdən birinə stadiona girişi ömürlük qadağan olunub.

 

Digər 5 fanata isə 1-2 illik cəzalar tətbiq edilib.

 

Related image

Xəbər xətti