Rüfət Dadaşov yeni mövsüm ilk qolunu vurdu

00:51 - 4 Avqust 2019

Almaniya III Liqasında 4-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" evdə "Kayzerslautern"ə 3:2 hesabı ilə qalib gəlib.

 

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu Dadaşov vurub. Bu, 27 yaşlı futbolçunun cari mövsüm ilk qolu olub.

 

Münster klubu 7 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti