Gerye "Neftçi"yə transfer olduğunu təsdiqlədi - FOTO

11:55 - 4 Avqust 2019

“Qarabağ”dan ayrılan Vild-Donald Gerye karyerasını “Neftçi”də davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, haitili cinah müdafiəçisinin paytaxt klubuna keçidi artıq dəqiqləşib. Onunla iki illik müqavilə imzalancağı gözlənilir.

 

Futbolçu "Instagram" hesabının hekayə bölümündə "ağ-qara" formada fotosunu paylaşaraq, "Neftçi"yə keçdiyinə işarə vurub.

 

“Neftçi” yeni transferini Avropa Liqasının III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə oyunlar üçün UEFA-ya sifariş edəcək.

 

30 yaşlı futbolçu 2017-ci ilin yayında Türkiyənin “Alanyaspor” klubundan “Qarabağ”a keçmişdi. Bu yay o, Ağdam təmsilçisi ilə yeni sözləşmə ilə bağlı razılığa gəlsə də, tərəflər son anda müqaviləni uzatmaqdan imtina etmişdi.

 

Gerye Ağdam klubunda 55 oyuna 5 qol vurub.

 

Xəbər xətti