"Mançester Yunayted"də yeni kapitan

16:43 - 4 Avqust 2019

İngiltərənin "Mançester Yunayted" klubunun yeni kapitanı bəlli olub.

 

Sportal.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni kapitanı 34 yaşlı ingilis müdafiəçi Eşli Yanq olacaq. Bu barədə komandanın baş məşqçisi Ule Qunnar Sulşer məlumat verib.

 

Vitse-kapitan isə komandanın 28 yaşlı ispaniyalı qapıçısı David de Xea olacaq.

 

Ötən mövsüm "Mançester Yunayted"in kapitanlıq bazubəndi Antonio Valensiyaya həvalə edilmişdi. Hazırda ekvadorlu futbolçu ölkəsinin "Ldu Kito" klubunda çıxış edir.

Xəbər xətti