İkardi həyat yoldaşına görə "İnter"də qalmaq istəyir

"İnter"in yeni baş məşqçisi Antonio Kontenin planlarında yer almayan Mauro İkardi klubda qalmağa çalışır.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, argentinalı hücumçu həyat yoldaşı Vanda Naranın hamilə olmasına görə Milan klubunda qalmağa qalmağa qərar verib.

 

"Göy-qaralar" 26 yaşlı forvardın transferindən ən azı 50 milyon avro qazanmaq istəyir.

 

Konte daha öncə transferlə barədə açıqlama verərkən narazılığını dilə gətirmişdi: "İşlər istədiyimiz kimi getmir. Bunu inkar etməyimin bir mənası yoxdur. Gəlməli və getməli oyunçularla bağlı problemlər var".

 

"Göy-qaralar"ın direktoru Beppe Marotta İkardi və Raca Nainqqolanla yolları ayıracaqlarını açıqlamışdı. Nainqqolan "Kalyari"ylə anlaşıbsa, İkardinin taleyi qeyri-müəyyəndir.

 

"İnter" İkardini 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya transfer etmişdi. Hücumçu 219 oyuna 124 qol vurub, 28 assist edib.

Tarix: 4 Avqust [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio