Cenk Tosun "Everton"a lazım deyil

18:32 - 4 Avqust 2019

İngiltərənin "Everton" klubunun baş məşqçisi Marko Silva komandanın hücumçusu Cenk Tosunu gələcək planlarında görmür.

 

Sportal.az "Footbal Insider" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə 28 yaşlı türkiyəli forvardı agah edib. 42 yaşlı çalışdırıcı türkiyəli forvarda seçimləri arasında olmadığını söyləyib:

 

"Vəziyyət belədir, sənə qarşı dürüst olacam. İlk və ikinci seçimim deyilsən. Çox oyunu ehtiyatda oturmalı olacaqsan. Əgər bu haldan məmnunsansa və məşqlərdə fəal çalışacaqsansa, mənim üçün problem deyil. Getmək istəsən, problem deyil".

 

Silva Liverpul təmsilçisinin "Yuventus"dan 30 milyon avro qarşılığında transfer etdiyi Moyze Kinin keçidi barədə bunları deyib:

 

"Hücumçu almaq bu mövsüm əsas planlardan idi. Moyze güclü, sürətli və çox istedadlı oyunçudur. Onun hələ 19 yaşı var. Böyük klubda çıxış edirdi. İndi başqa böyük kluba keçdi. Klubumuzun uğurları üçün savaşacaq".

 

"Everton" Cenk Tosunu ötən il 22,5 milyon avroya "Beşiktaş"dan transfer etmişdi.

Xəbər xətti