Dmitri Nazarovdan növbəti qol, komandası qalib gəldi - VİDEO

Almaniya II Bundesliqasında ikinci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu evdə “Vehen”ə 3:2 hesabı ilə qalib gəlib.

 

Nazarov start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.

 

Komandasının ikinci qoluna 29 yaşlı yarımmüdafiəçi imza atıb. Milli üzvü 35-ci dəqiqədə uzaqdan zərbəylə rəqibi məyus edib.

 

Bu, Dimanın cari mövsüm ikinci qolu olub.

 

"Aue" iki tura altı xal toplayıb.

 

Tarix: 4 Avqust [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio