Mario Mancukiç "Mançester Yunayted"də

02:39 - 5 Avqust 2019

"Yuventus"un hücumçusu Mario Mancukiç karyerasını İngiltərə Premyer Liqa təmsilçisi "Mançester Yunayted"də davam etdirəcək.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, 33 yaşlı forvardla iki illik müqavilə imzalanıb. Xorvatiyalı hücumçunun illik maaşı 6 milyon avro olacaq. Bu keçid üçün "qırmızı şeytanlar" 15 milyon avrosundan keçib.

 

Romelu Lukaku - Paulo Dibala dəyişikliyində anlaşma əldə edə bilməyən Mançester təmsilçisi təcrübəli hücumçuyla anlaşıb. Romelu Lukakunu transfer etmək istəyən İtaliya "İnter"i razılıq əldə etmək üçün səfərbər olub.

 

"Yuventus" Mancukiçi 2015-ci ildə Madrid "Atletiko"sundan 25 milyon avroya transfer etmişdi.

 

Mario 2018-ci ildə keçirilmiş dünya çempionatından sonra Xorvatiya millisindən getməyə qərar vermişdi.

Xəbər xətti