Dino Ndlovu: "Qarabağ"la APOEL-in şanslarını bərabər sayıram"

11:16 - 5 Avqust 2019

Çinin "Hançjou Qrintaun" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu açıqlama verib.

 

Sportal.az kerkida.net-ə istinadən xəbər verir ki, cənubi afrikalı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə APOEL (Kipr) - "Qarabağ" komandaların şanslarını dəyərləndirib:

 

"Qarabağ"ı çox yaxşı tanıyıram. APOEL-ə də yaxşı bələdəm. Ancaq komandaların bu gün necə vəziyyətdə olduğundan xəbərsizəm. Ancaq cütün şanslarını 50-nin 50-yə sayıram. Oyuna böyük maraq var. Hər iki komanda Çempionlar Liqasının pley-off mərhələsinə düşmək istəyir".

 

APOEL - "Qarabağ" oyunu avqustun 6-da, Nikosiya şəhərində yerləşən GSP stadionunda baş tutacaq. Cütün cavab oyunu avqustun 13-ü, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

 

Dino 2017-ci ildə Kiprin "Anortosis" klubundan "Qarabağ"a keçmişdi.

Xəbər xətti