"Barselona"dan "İnter"ə keçir

12:33 - 6 Avqust 2019

İtaliyanın "İnter" klubu "Barselona"nın yarımmüdafiəçisi Arturo Vidalı bir illik icarəyə götürməyə hazırlaşır.

 

Sportal.az "FcInterNews" nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar çilili futbolçunu göndərməyə hazırdır. Komandanın baş məşqçisi Ernesto Valverde 32 yaşlı futbolçunun ayrılığına razılıq verib.

 

Növbəti həftəyə transferin rəsmiləşəcəyi ehtimal edilir.

 

Raca Nainqqolanı "Kalyari"yə icarəyə verən "İnter" digər yarımmüdafiəçisi Joao Marionu da əldən çıxarmağın yollarını axtarır.

 

Arturo Vidal "Yuventus"da "İnter"in indiki baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında çıxış edib.

 

"Barselona" Çili millisinin üzvünü 2018-ci ildə Münhen "Bayern"indən 18 milyon avroya transfer etmişdi.

Xəbər xətti