Braziliya Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirin qalibi olub

12:27 - 6 Avqust 2019

Braziliya komandası Bakıda təşkil olunan futvolley üzrə beynəlxalq turnirin qalibi olub.

 

Sportal.az xəbər verir ki, turnirin final qarşılaşmasında Braziliyaya məğlub olan Avstriya komandası gümüş medalla kifayətlənib. İran kollektivi isə turniri üçüncü pillədə başa vurub.

 

Qadınların yarışında Almaniya və Braziliya futvolleyçilərindən təşkil olunmuş kollektiv birinci olub. Rusiyanın iki komandası isə ilk üçlüyü tamamlayıb.

 

Beynəlxalq turnirdə 15 ölkədən 30 komanda birincilik uğrunda mübarizə aparıb.

Xəbər xətti