PFL sponsorluq tenderi elan etdi

13:35 - 6 Avqust 2019

Peşəkar Futbol Liqası 2019/2020-ci illər futbol mövsümü üçün Premyer Liqanın titul sponsorluğu ilə əlaqədar tender elan edib.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, elanda aşağıdakı bəndlər qeyd olunub:

 

 - Tenderdə iştirak etmək istəyən şirkətlər Premyer Liqanın təbliğinin təşkil olunmasında PFL ilə birgə çalışmalıdır;

 

 - Tenderin qalibi şirkətinin tanıtımı, təbliği üçün Premyer Liqanın bütün reklamlarından istifadə səlahiyyətinə malik olacaq;

 

 - Premyer Liqanın titul sponsorluğunun təklif paketi maraqlanan şirkətə elektron poçt vasitəsi ilə göndəriləcək.

 

Tenderin ümumi maliyyə dəyəri müraciət edən şirkətlərlə qarşılıqlı razılıq əsasında müəyyənləşəcək. 

 

Tenderdə iştirak üçün son müraciət tarixi 6 sentyabr 2019-cu ildir.

 

Əlaqə : [email protected]  012 404 27 77 (1173)

Xəbər xətti