Avropa Liqası: "Qarabağ"ın potensial rəqiblərinin oyununda 3 qol

00:45 - 7 Avqust 2019

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

 

ÇL-də mübarizə aparan APOEL (Kipr) - "Qarabağ" cütünün Avropa Liqasında potensial rəqibləri olan "Sutyeska" və "Linfild" klubları Monteneqroda qarşılaşıb. Görüş "Linfild"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

6 avqust

Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

 

"Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan) - 1:2

"Riqa" (Latviya) - HIK (Finlandiya) - 1:1

"Sutyeska" (Monteneqro) - “Linfild" (Şimali İrlandiya) - 1:2

Xəbər xətti