Elxan Məmmədov "Qarabağ"a dəstək oldu

00:05 - 7 Avqust 2019

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-ə qalib gəlib - 2:1.

 

Sportal.az xəbər verir ki, Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşmanı izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub. O, "Qarabağ" rəhbərliyi ilə birgə oyuna baxıb və komandaya dəstəyini nümayiş etdirib.

 

"Qarabağ"la APOEL arasında cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti