"Qarabağ" - APOEL - biletlər satışda

15:37 - 7 Avqust 2019

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında avqustun 13-ü, saat 20:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin APOEL klubunu qəbul edəcək.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, matçın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

 

Biletlərin satış məntəqələri:

 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

 

Image may contain: 2 people, people smiling, text

Xəbər xətti