Yurgen Klopp serial izləməklə ingiliscə öyrənib

18:12 - 7 Avqust 2019

İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Yurgen Klopp "BBC Sport"a müsahibə verib.

 

Sportal.az xəbər verir ki. almaniyalı mütəxəssis ingilis dilini necə öyrəndiyi barədə məlumat verib:

 

"İngilis dilini "Friends" (Dostlar) serialını izləməklə öyrəndim. Çox anlaşılan şəkildə danışırdılar. Bölümləri izləyə-izləyə daha yaxşı başa düşməyə başladım. Serialda Coui obrazından bir az daha ağıllı olduğumu deyə bilərəm. Ancaq qadınlarla münasibətdə onun qədər heç vatx yaxşı olmamışam. Məndə işlər elə sadə getmirdi. Serialdakı qızları oğlanlardan daha çox sevirəm. Bundan əlavə, ingilis dilində radiolara qulaq asıram. Film izləmək də insana faydalıdır".

 

52 yaşlı mütəxəssis 2015-ci ildən "Liverpul"u çalışdırır.

Xəbər xətti