"Tottenhem" 19 yaşlı futbolçunu 27,5 milyona transfer etdi

23:23 - 7 Avqust 2019

İngiltərənin "Tottenhem" klubu növbəti transferini həll edib.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, Şimali London klubu "Fulhem"in sol cina müdafiəçisi Rayan Sessenyonun keçidini həll edib. Bu transfer üçün 27,5 milyon avro təzminat ödənilib.

 

"Tottenhem" "Real Betis"in argentinalı yarımmüdafiəçisi Covanni Lo Çelsonun da transferini bitirib. Londonlular 23 yaşlı futbolçunun transferi üçün 60 milyon avro xərcləyib.

 

Hər iki transferin yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.

 

"Fulhem"in yetirməsi olan 19 yaşlı Sessenyon İngiltərənin U-21 millisində çıxış edir.

Xəbər xətti