Avropa Liqası: "Dandolk" "Slovan"a uduzdu

00:25 - 8 Avqust 2019

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, ikinci oyun günündə bir oyun keçirilib.

 

İrlandiyanın "Dandolk" klubu səfərdə Slovakiyanın "Slovan" klubuna 0:1 hesabı ilə uduzub.

 

"Dandolk" Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la oyunlarda mübarizəni dayandırmışdı (1:1 / 0:3).

 

"Slovan" - "Dandolk" - 1:0

Qol: David Holman, 86

Xəbər xətti