İngiltərədə son gün: gözlənilən transferlər

12:43 - 8 Avqust 2019

Bu gün İngiltərədə transfer pəncərəsi bağlanacaq.

 

Sportal.az gün ərzində rəsmiləşəcəyi ehtimal olunan transferləri təqdim edir:

 

"Tottenhem" "Real Betis"dən Covanni Lo Çelsonu 60 milyon avroya transfer edib (Sky Sports).

 

Image result for Giovani Lo Celso

 

"Arsenal" "Çelsi"nin tələb etdiyi 10 milyon avronu ödəsə, David Luisi heyətinə cəlb edəcək (Daily Mirror).

 

Image result for david luiz

 

"Arsenal" "Seltik"in 22 yaşlı sol cinah müdafiəçisi Kiran Tirninin transferini 25 milyon funt-sterlinqə bitirib (BBC Sport).

 

Image result for Kieran Tierney

 

"Mançester Yunayted" Romelu Lukakunu İtaliya "İnter"inə satmağa razı olub. "Yuventus"dan Paulo Dibalanı transfer edə bilməyən "qırmızı şeytanlar" Turin təmsilçisinin digər hücumçusu Mario Mancukiçlə anlaşıb (SKY Italia)

 

Image result for mario mandzukic

 

Premyer Liqaya qayıdan "Aston Villa" Almaniyanın "Leyptsiq" klubunun 22 yaşlı hücumçusu Jan-Kevin Oqyestenin transferini həll etmək üzrədir (Sky Sports)

 

Image result for jean kevin augustin

 

"Börnli" Denni Drinkuoteri icarəyə götürmək üçün "Çelsi"yə təklif göndərib. London klubu razılıq versə, keçid reallaşacaq.

 

Image result for danny drinkwater qarabag

 

"Mançester Yunayted" İspaniyanın "Atletik" klubunun 25 yaşlı hücumçusu İnaki Villiamsın 88 milyon avroluq sərbəst qalma dəyərini ödəməyə hazırlaşır (El Chiringuito).

 

Image result for inaki williams

 

"Everton" "Kristal Pelas"ın tələb etdiyi 110 milyon avronu ödəməyə qərar versə, Uilfrid Zahanı transfer edəcək (The Guardian).

 

Image result for wilfried zaha

 

Sami Xedira "Yuventus"la müqaviləsini ləğv etsə, "Arsenal"a transfer olacaq (The Sun).

 

Image result for sami khedira

 

"Tottenhem" "Fulhem"in 19 yaşlı sol cinah müdafiəçisi Rayan Sessenyonun transferini 27,5 milyon avroya tamamlayıb (Daily Mirror).

 

Image result for ryan sessegnon

Xəbər xətti