APOEL yeni baş məşqçisini açıqladı - debütü "Qarabağ"a qarşı ola bilməz

16:16 - 8 Avqust 2019

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Kiprin APOEL klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi postuna almaniyalı mütəxəssis Tomas Doll gətirilib. 53 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Dil bu vəzifədə "Qarabağ"la oyundakı məğlubiyyətə görə istefaya göndərilmiş Paolo Trametsanini əvəzləyib.

 

Tomas Doll baş məşqçi kimi APOEL-i Bakıda keçiriləcək "Qarabağ"la oyuna çıxara bilməz. Ardaşırmalarımıza görə, klublar UEFA-da ilk oyuna 24 saat qalmış iştirak ərizəsində dəyişiklik etmək hüququna malikdir. Bu komandalar arasında ilk oyun baş tutduğu üçün almaniyalı mütəxəssis UEFA-ya komandanın baş məşqçisi kimi sifariş edilə bilməz. Dollun Bakıda mətbuat konfransına qatılmaq və texniki zonada yer almaq hüququ yoxdur.

 

"Qarabağ" - APOEL oyunu avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.

Xəbər xətti