"Neftçi" Azərbaycanın reytinq xalını artırdı

10:15 - 9 Avqust 2019

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, evdə İsrailin “Bney Yehuda” klubu ilə heç-heçə edən (1:1) "Neftçi" Azərbaycana 0,125 xal qazandırıb.

 

Azərbaycan son 5 mövsümdəki xallarını 17,500-ə çatdırıb və 26-cı sıradakı mövqeyini qoruyub. 25-ci yerdə qərarlaşan Qazaxıstanın 18,250 xalı var.

 

Bu mövsüm "Neftçi" 1,125 reytinq xalı qazandırıb. "Qarabağ"ın qazancı isə 1 xaldır.

 

Xəbər xətti