UEFA "Qəbələ" ilə oyunda irqçi davranışlara görə "Dinamo"nu cəzalandırdı

10:55 - 9 Avqust 2019

UEFA Gürcüstanın “Dinamo” klubunu cəzalandırıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, buna səbəb Tbilisi təmsilçisinin azarkeşlərinin Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə cavab oyununda irqçi davranışları olub. Bu səbəbdən UEFA paytaxt klubunu 50 min avro cərimə edib və 1 oyun azarkeşsiz oynama cəzası verib.

 

"Dinamo" II təsnifat mərhələsində "Qəbələ"ni hər iki oyunda yenmişdi (2:0 / 3:0).

Xəbər xətti