APOEL "Qarabağ"la oyuna itkiylə çıxacaq

14:01 - 9 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ın qonağı olacaq APOEL-də itki baş verib.

 

Sportal.az xəbər verir ki, Nikosiya klubunun yarımmüdafiəçisi Alef dos Santos sıradan çıxıb. Braziliyalı futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

 

"Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Cütün cavab görüşü avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbər xətti