Qurban Qurbanovun 11 ili

23:23 - 9 Avqust 2019

Bu gün Qurban Qurbanovun “Qarabağ”da baş məşqçi kimi debütündən 10 il keçir.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Ağdam klubunu ilk dəfə 9 avqust 2008-ci ildə meydana çıxarıb.

 

Komanda Qurbanovun başçılığı altında ilk oyununda "Bakılı"nı 2:1 hesabı ilə məğlub edib.

 

"Qarabağ" onun başçılığı altında 6 dəfə Azərbaycan çempionu olub, 4 dəfə isə ölkə kubokunu qazanıb. Ağdamlılar 2014/15 mövsümündən Avropa Kuboklarının qrup mərhələlərində çıxış edir. "Qarabağ" 2017/18 mövsümündə Çemmpionlar Liqasının qrup mərhələsinə düşməklə tarixi uğura nail oldu.

Xəbər xətti