Özillə Kolaşinaç Premyer Liqanın ilk turunu buraxacaq

00:41 - 10 Avqust 2019

"Arsenal"ın futbolçuları - Məsut Özillə Sead Kolaşinaç İngiltərə Premyer Liqasının ilk turunda "Nyukasl"la səfər oyununu buraxmalı olacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi ötən ay bıçaqlı hücuma məruz qalan oyunçuların təhlükəsizliyi və polisin hadisəni araşdırmasına görə belə qərar verib.

 

"Nyukasl" - "Arsenal" matçı avqusun 11-i, Bakı vaxtı ilə 17:00-da baş tutacaq.

Xəbər xətti