Ramil Şeydayev "Zenit"ə qarşı 90 dəqiqə oynadı

23:31 - 10 Avqust 2019

Rusiya Premyer Liqasında 5-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su evdə "Zenit"ə 0:2 hesabı ilə uduzub.

 

Ramil yetirməsi olduğu komandaya qarşı 90 dəqiqə oynayıb.

 

"Zenit" 13 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. 5 xalı olan "Dinamo" 10-cu sırada qərarlaşıb.

Xəbər xətti