Kompani daha bir məşhur futbolçunu "Anderlext"ə gətirdi

Fransanın "Monako" klubu vingeri Naser Şadlini Belçika təmsilçisi "Anderlext"ə icarəyə verib.

 

Sportal.az "HLN Sport"a istinadən xəbər verir ki, belçikalı futbolçu ilə bir illik müqavilə imzalanıb. Şadli "Anderlext"ə yığmadakı komanda yoldaşı Vensan Kompaninin istəyilə cəlb edilib.

 

Brüssel təmsilçisində oynayan-məşqçi funksiyasını yerinə yetirən Kompani daha öncə komandaya Samir Nəsrini dəvət etmişdi.

 

"Monako" Şadlini 2018-ci ildə "Vest Bromviç"dən 10,8 milyon avroya transfer etmişdi. 30 yaşlı futbolçunun "knyazlıq klubu" ilə müqaviləsi 2021-ci ildə baş çatır.

Tarix: 11 Avqust [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2019
11  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio