Türkiyə millisinin üzvü "Verder"də

Almaniyanın "Borussiya" (Dortmund) klubu müdafiəçisi Ömər Toprakı Bundesliqanın digər təmsilçisi "Verder"ə icarəyə verib.

 

Sportal.az klubun saytına istindən xəbər verir ki, türkiyəli futbolçu "musiqiçilər"lə bir illik müqavilə bağlayıb. Bremen təmsilçisi mövsümün sonunda 6,4 milyon avro ödəyib, 30 yaşlı oyunçunu məcburi şəkildə almalıdır.

 

Almaniyada dörd mövsüm "Frayburq"da, altı mövsüm "Bayer"də (Leverkuzen) çıxış edən Toprak 2017-ci ildən "Borussiya"da oynayırdı. O, bu müddətdə Bundesliqada 227 oyuna çıxıb. Ömər 27 dəfə Türkiyə millisinin formasını geyinib.

Tarix: 11 Avqust [12:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2019
11  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio