"Qarabağ" - APOEL: mətbuat konfransları və son məşqlər

15:10 - 11 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - APOEL qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, avqustun 12-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:00-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:15-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

APOEL-in baş məşqçisi isə saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Kipr təmsilçisinin son məşqi isə saat 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Xəbər xətti