"Bney Yehuda" - "Neftçi" oyununun hakimləri açıqlandı

“Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirəcəyi cavab matçının hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, UEFA bu qarşılaşmanı İtaliyadan olan hakimlər briqadasına həvalə edib.

 

Görüşün baş hakimi Daniele Doveri olacaq. Ona yan xətt hakimləri Alessandro Kostanzo və Alessio Tolfo kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fabritsio Paska yerinə yetirəcək.

 

Hakimlərin işinə Fransadan olan Stefane Lannoy qiymət verəcək. UEFA nümayəndəsi isə Tarqo Kaldoja (Estoniya) olacaq.

 

Avqustun 15-də Petak Tikva şəhərindəki “Ha Moşava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” görüşünə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Tarix: 11 Avqust [17:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio