Nazarovlu "Aue" kubokda mərhələ adladı

17:54 - 11 Avqust 2019

Almaniya Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu səfərdə “Nordhauzen”ə 4:1 hesabı ilə qalib gəlib.

 

Nazarov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

Qələbə sayəsində "Aue" 1/16 finala adlayıb.

Xəbər xətti