Portuqaliyalı futbolçu rəsmən "Beşiktaş"da

"Beşiktaş" növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Qenqam" klubunun sol cinah müdaiəçisi Pedru Rebeşu ilə müqavilə bağlayıb. "Beşiktaş" portuqaliyalı futbolçunu satın alma şərti ilə bir illik icarəyə götürüb.

 

"Benfika"nın yetirməsi 2017-ci ildən çıxış etdiyi "Qenqam"da 57 oyun keçirib. 24 yaşlı futbolçu ötən mövsüm Liqa 1-də 36 oyuna 8 assist edib.

 

"Beşiktaş" bu yay Rebuşu ilə yanaşı Adem Lyayiç, Tayler Boyd, Duqlas və Viktor Ruisin transfer edib. "Qara qartallar" ümumilikdə 11,7 milyon avro xərcləyib.

Tarix: 12 Avqust [15:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio