"Monako" "Everton"un futbolçusunu transfer etdi

Fransanın "Monako" klubu növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "knyazlıq klubu" "Everton"dan Henri Onyekurunu transfer edib. Bu keçid üçün Liverpul təmsilçisinə 13,5 milyon avro nağd ödənilib. 1,5 milyon avro isə bonuslarla veriləcək. Nigeriya millisinin üzvüylə 5 illik müqavilə imzalanıb.

 

22 yaşlı vinger ötən mövsümü icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda keçirib. "Everton" nigeriyalı futbolçunu 2015-ci ildə Belçikanın "Eypen" klubundan 8 milyon avroya transfer etmişdi.

Tarix: 12 Avqust [23:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio