Eddi İsrafilov: "Azarkeşlərin tələbi mənə rahat olmağa imkan vermir"

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov İspaniya Sequndasında çıxış edən "Albasete" klubu ilə 2023-cü ilin yayına qədər müqavilə bağlayıb.

 

"Marca" nəşri bu keçid üçün "Albasete"nin "Alkorkon"a 1 milyon avro təzminat ödədiyini yazmışdı.

 

Yarımmüdafiəçi 2018-ci ildən "Alkorkon"da çıxış edirdi. Onun müqaviləsinin başa çatmasına bir il qalmışdı.

 

Eddi ötən mövsüm Sequndada 29 oyuna (2347 dəqiqə) 1 qol vurub, 16 sarı vərəqə alıb.

 

Sportal.az xəbər verir ki, "Albasete" bu gün 27 yaşlı futbolçunun təqdimat mərasimini keçirib.

 

Mərasimdə klubun vitse-prezidenti Viktor Varela ilə idman direktoru Maro Peres və media mənsubları iştirak edib.

 

"Klubdan sizi salamlayırıq və yeni mövsüm öncəsi sizə uğurlar arzulayırıq. Eddiyə və agentinə bizi seçdiyi üçün təşəkkür edirik. Çətin danışıqlar oldu. Onu istəyən klublar var idi. Amma Paskual və onun ətrafı bizimlə müqavilə imzalamğı üstün tutdu", - deyə Viktor Varela açılış sözləri ilə başlayıb.

 

Image

 

"Əvvələr başqa mövqeylərdə də oynayıb. Son illər yarımmüdafiənin mərkəzində çıxış edir. O, özünü xeyli inkişaf etdirib. Yaxşı ayaqları var, fiziki cəhətdən güclüdür, bu da bizə lazımlıdır. Bizimlə olduğu üçün həyəcanlıdır. Ehtiyacımız olan futbolçu olduğu bəlli idi. Ümid edirik ki, Silvestr "Albasete"yə yaxşı əyləncə verəcək", - deyə klubun idman direktoru Mauro Peres bildirib.

 

Image result for eddy silvestre israfilov

 

Daha sonra Eddi İsrafilov 20 nömrəli formanı əyninə geyinib. Jurnalistlərin qarşısına çıxan milli üzvü keçidindən danışıb:

 

"Albasete" barədə məlumat aldığım bütün futbolçular mənə müsbət məqamlar dedi. Burada olmaq və özümü bir layihənin parçası kimi hiss etdiyim üçün həyəcanlıyam. Mənə zəng etdikləri gündəm ağlım burda idi. Asan deyildi, ancaq bura gələcəyimdən əmin idim. "Mursiya"da çıxış edərkən Belmonteyə tez-tez gəlirdim.

 

Image

 

Mövsüm öncəsi mənim üçün çətin keçdi. Özümü narahat hiss edirdim. Klubu, bəzi oyunçuları və şəhəri tanıyıram. "Albasete"yə gəldiyim üçün çox həyəcanlıyam. İyulun 5-dən bura gəlməyi ağlıma qoymuşdum. İnsanınların məni meydanda görüb, tanımalarını istəyərdim. Fərdi səviyyədə böyüməyə davam edəcəyimə inanıram.

 

Image

 

Komanda şəklində mövsümü 50 xalla tamamlaycağımızı gözləyirəm, yekunda görəcəyik. Azarkeşlərin məndən oynamağı tələb etməsi xoşdur. Çünki bu, mənə rahat olmağa imkan vermir və daha yaxşı səviyyəyə qalxmağa kömək edir".

Tarix: 13 Avqust [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2019
14  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio